OnePlus şirkəti yaxın zamanda təqdim edəcəyi OnePlus 15 və Ace 6 smartfonları ilə yanaşı, yeni Tablet 2 modelinin də gələcəyini açıqlayıb. Planşetin rəsmi şüarı — “Super Pro, Super Smooth” (“Super peşəkar, super axıcı”) olacaq.
Yeni modelin təqdimatı 27 oktyabrda baş tutacaq. Məlumata görə, Tablet 2 tək arxa kamera və LED işıq, stereo dinamiklər, eləcə də iki fərqli korpus rəngi ilə təchiz olunacaq.
Planşet 144 Hz yeniləmə tezliyinə malik 3K ekranla gələcək. Yüksək performans üçün isə cihazda MediaTek Dimensity 9400+ prosessoru istifadə ediləcək.