Honda özünün ilk tamölçülü elektrik motosikletini təqdim etməyə hazırlaşır. Şirkət Avropada keçirilən sınaq gedişlərindən tizer video yayımlayıb və rəsmi təqdimatın 16 sentyabrda keçiriləcəyini açıqlayıb.
Motosiklet hələlik kamuflyaj plyonkası altında gizlədilsə də, mütəxəssislər onun dizaynında ötən il Milan sərgisində göstərilən EV Fun Concept modelinə bənzərliklər görüb.
Honda bildirir ki, yeni model performans baxımından orta həcmli DVS-li motosikletlərə yaxın olacaq, Avropa sürətli şarj yığma standartı CCS2-ni dəstəkləyəcək və bir şarj ilə 100 km-dən çox məsafə qət edəcək.
Şirkətin sürətli şarj məntəqələrinə diqqət ayırması təsadüfi deyil — çünki elektrik motosikletlərdə akkumulyator üçün yer daha azdır və bu, yürüş məsafəsinə birbaşa təsir edir.