spot_img
23 сентября, 2025
spot_img
ДомойAI / MLChatGPT-yə yeni ödənişli funksiyalar əlavə olunacaq

ChatGPT-yə yeni ödənişli funksiyalar əlavə olunacaq

OpenAI şirkətinin rəhbəri Sem Altman ChatGPT-nin imkanlarının genişlənəcəyini açıqlayıb. Onun sözlərinə görə, bəzi yeniliklər yalnız Pro abunəçiləri üçün əlçatan olacaq, müəyyən funksiyalar üçün isə istifadəçilər əlavə ödəniş etməli olacaqlar.

«Yaxın həftələrdə böyük hesablama gücü tələb edən bir neçə yeni həll təqdim edəcəyik. Bu xərclərlə əlaqədar olaraq bəzi funksiyalar ilkin mərhələdə yalnız Pro abunəçilərinə açıq olacaq, bəzi yeni məhsullar üçün isə əlavə ödəniş nəzərdə tutulacaq», — deyə OpenAI rəhbəri bildirib.

Altman yeni funksiyaların dəqiq siyahısını açıqlamayıb. Amma yayılan məlumatlara görə, söhbət ChatGPT-yə Sora 2 video generatorunun əlavə olunmasından gedir. Son insaydlara əsasən, veb-versiyanın kodunda yeni videolent interfeysivideo yaradılmasına prioritet verilməsi ilə bağlı elementlər aşkarlanıb.

Gözlənilir ki, OpenAI yeni funksiyalar barədə daha ətraflı məlumatı 6 oktyabrda keçiriləcək DevDay adlı tərtibatçılar konfransında açıqlayacaq. Yenilənmiş video generatoruna abunəliyin qiyməti isə hələ ki, məlum deyil.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,878ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -