IFA 2025 sərgisində Acer X seriyalı planşetlərlə yanaşı, Iconia A xəttinə aid iki yeni modelini də göstərib. Hər iki cihaz iri ekran və daxili dayaqla təchiz olunub.
Acer Iconia A16 planşeti16 düymlük IPS ekran, səkkiznüvəli Allwinner A733 prosessor, 8 GB RAM və 256 GB yaddaşla gəlir. Planşet 8000 mA·s tutumlu batareya ilə işləyir və Android 15 üzərində qurulub. Əlavə olaraq, cihazda 8 MP əsas və 5 MP ön kamera mövcuddur.
İkinci model — Iconia A14 — əsasən 14 düymlük ekranı ilə fərqlənir, digər göstəricilər isə A16 ilə eynidir.
Qiymətlər belədir: Iconia A14 — 300 dollar, Iconia A16 — 340 dollar. Satışlara 2026-cı ilin yanvarında start veriləcək.