spot_img
21 августа, 2025
spot_img
ДомойТехнологииГаджетыGoogle yeni nəsil Pixel Buds 2a qulaqlıqlarını təqdim etdi

Google yeni nəsil Pixel Buds 2a qulaqlıqlarını təqdim etdi

Dörd ildən sonra şirkət nəhayət A-seriyasını yenilədi və onu ötən ilki Buds 2 Pro səviyyəsinə çatdırdı. Yeni Buds 2a, “Pro” modelləri kimi, Google Tensor A1 çipi ilə işləyir, məkan səsi texnologiyasını və aktiv səs-küy boğmanı dəstəkləyir.

Batareya göstəriciləri isə o qədər də güclü deyil: 50% səs həcmi ilə aktiv səs-küy boğma açıq olduqda maksimum 7 saat, şarj qutusu ilə birlikdə isə 20 saata qədər işləyir.

Buds 2a smartfona Bluetooth 5.4 vasitəsilə qoşulur, lakin Auracast texnologiyasını dəstəkləmir. Cİhaz iki rəngdə mövcuddur : Hazel və Iris. İris rəngi xüsusilə Pixel 9a sahibləri üçün nəzərdə tutulub. Qiymət — 130 dollar.

Ötən il təqdim olunan Buds Pro 2 də diqqətdən kənarda qalmadı: şirkət bu modelin yeni “Ay daşı” (Moonstone) rəngini nümayiş etdirdi. Onun qiyməti isə 230 dollardır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,923ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -