spot_img
16 августа, 2025
spot_img
ДомойТехнологииСмартфоныApple şüşədən hazırlanmış yeni iPhone-u patendləşdirdi

Apple şüşədən hazırlanmış yeni iPhone-u patendləşdirdi

Apple yeni patentlə tamamilə şüşədən hazırlanmış iPhone konseptini rəsmiləşdirib. Patent sənədlərinə görə, cihaz altı şüşə səthdən ibarət olacaq: ön panel hamarlanmış kənarlarla arxa panelə birləşdirilərək vahid monolit korpus yaradacaq.

Kənar hissələrdə şüşənin qalınlığı dəyişdirilərək zərif əyilmələr əldə ediləcək, bütün detallar isə elə birləşdiriləcək ki, smartfon sanki bütöv bir şüşə parçası kimi görünsün. Korpusun daxilində yerləşən sensorlu ekran məzmunu bütün tərəflərdə göstərə biləcək və istənilən kənara toxunuşa reaksiya verəcək.

Ekran qismən yan panellərə də keçəcək və bununla da tam aktiv səth təəssüratı yaradacaq. Mikrofon və dinamiklər üçün nəzərdə tutulmuş xırda dəliklər şüşədə elə gizlədiləcək ki, ümumi dizaynın hamar görünüşü pozulmasın.

“Monolit” şüşə iPhone ideyası Apple-ın sabiq baş dizayneri Coni Ayvın vizyonuna əsaslanır. O, gələcəyin iPhone-unun “vahid şüşə plitə” kimi görünəcəyini söyləmişdi. Seriyalı istehsala hələ xeyli vaxt qalsa da, növbəti addım iPhone 17 Air olacaq — Apple tarixində ən incə iPhone modeli.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,923ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -