spot_img
18 июля, 2025
spot_img
ДомойТехнологииАвтомобилиTesla Cybertruck satışları bir ildə 50% azalıb

Tesla Cybertruck satışları bir ildə 50% azalıb

Tədqiqat şirkəti Kelley Blue Book elektrik avtomobillərinin satış statistikası ilə bağlı yeni hesabat dərc edib. Statistikaya əsasən, Tesla Cybertruck modelinə olan tələbat kəskin şəkildə azalıb. Jurnalistlər eyni zamanda bu modelin avtomobil bazarında üzləşdiyi digər mənfi tendensiyalar haqqında da məlumat veriblər.Cədvəldə göründüyü kimi, 2025-ci ilin ikinci rübündə Tesla cəmi 4306 ədəd Cybertruck elektromobili sata bilib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 8755 idi. Nəticədə satışlar 50,8% azalıb. Analitiklər satışların azalacağını proqnozlaşdırsa da, bu qədər kəskin düşüş gözlənilmirdi — onların proqnozlarına görə satışlar 5000–6000 ədəd aralığında olmalı idi.

Bu rəqəmlər həm də İlon Maskın 2023-cü ildə verdiyi optimist proqnozlara ziddir. O zaman Mask 12 ay ərzində 250 000 ədəd Cybertruck istehsal ediləcəyini demişdi. Lakin real nəticələr fərqlidir: istehsal başladıqdan sonra ötən 14 ayda cəmi 46 096 avtomobil bazara çıxarılıb.

Techspot portalı yazır ki, son aylarda Cybertruck bir sıra çətinliklərlə üzləşib. Məsələn, 2025-ci ilin mayında Tesla 16 000 dollarlıq əlavə batareya modifikasiyasını ləğv etdi. Bu əlavə batareya avtomobilin 700 km-dən çox məsafə qət etməsinə imkan verməli idi. Ləğv qərarının isə gözlənilən tələbatın olmaması ilə bağlı olduğu güman edilir.

Daha əvvəl internetdə yayılan məlumatlara görə, 2024-cü ilin dekabrında Cybertruck istehsalı satışların zəifləməsindən narahatlıq səbəbilə müvəqqəti dayandırılmışdı. Yanvarda isə Business Insider bildirmişdi ki, bəzi işçilər Cybertruck istehsal xəttindən çıxarılaraq Tesla Model Y istehsalına yönləndirilib.

Bundan əlavə, may ayında satışa çıxarılmayan Cybertruck-ların sayı kəskin artıb, üstəlik, şirkət özünün birillik və 10 000 km yürüşü olan Cybertruck modelinə təkrar alış zamanı bazar qiymətindən 34% aşağı dəyər təklif edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,927ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -