spot_img
12 июля, 2025
spot_img
ДомойТехнологииАвтомобилиSamsung öz Android Auto və Apple CarPlay alternativini yaradır — Auto DeX

Samsung öz Android Auto və Apple CarPlay alternativini yaradır — Auto DeX

Samsung avtomobillər üçün öz ekosistemini formalaşdırmağa başlayıb. Yeni funksiyanın adı Auto DeX adlanır və o, Android Auto və Apple CarPlay platformalarına alternativ kimi təqdim olunur. Funksiya ilk dəfə olaraq @GalaxyTechie adlı insayder tərəfindən Samsung-un son proqram təminatında aşkar edilib.

Auto DeX, smartfon və avtomobil ekranı vasitəsilə işləyən bir platformadır. O, avtomobilin multimedia sisteminə qoşularaq Samsung telefonları üçün naviqasiya, musiqi və zəng idarəsi kimi funksiyaları birləşdirir.

İnterfeysi Android Auto-nu xatırladır: əsas ekranda xəritə, musiqi pleyeri və vertikal tətbiq menyusu mövcuddur. Burada naviqasiya, telefon, Bixby və media tətbiqləri əks olunub.

Sızan görüntülərdə One UI naviqasiya paneli göründüyü üçün ehtimal olunur ki, Auto DeX avtomobil olmadan da, birbaşa smartfon ekranında işləyə bilər. Bu, onu Google-un Android Auto-dan daha çevik və istifadəsi rahat həllə çevirə bilər — çünki Google artıq Android Auto-nu yalnız avtomobil ekranlarında işə salmağa məhdudlaşdırıb.

İddialara görə, Auto DeX artıq 100-dən çox brendin 8500-dən çox avtomobil modeli ilə uyğunluq göstərir. Əgər bu doğrudursa, bu platforma bazarda ən universal avtomobil interfeyslərindən biri ola bilər.

Samsung-un bu yeniliyi One UI 8 ilə birlikdə təqdim edəcəyi gözlənilir, amma hələlik rəsmi təsdiq yoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,929ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -