spot_img
12 июля, 2025
spot_img
ДомойAI / MLApple 92%-lik dəqiqliklə sağlamlığı təyin edən süni intellekt hazırlayıb

Apple 92%-lik dəqiqliklə sağlamlığı təyin edən süni intellekt hazırlayıb

Apple 92%-lik dəqiqliklə sağlamlıq göstəricilərini müəyyən edə bilən süni intellekt hazırlayıb. Şirkətin dəstəyi ilə aparılan yeni tədqiqat zamanı alimlər belə qənaətə gəliblər ki, insanın davranış vərdişləri əsasında toplanan məlumatlar, ənənəvi üsullardan, məsələn nəbz və qan oksigeni səviyyəsinin ölçülməsindən daha etibarlı ola bilər. Bu yanaşmanı sınaqdan keçirmək üçün Apple və tədqiqatçılar WBM adlanan neyroşəbəkə modelini yaradıblar. O, 160 mindən çox iPhone və Apple Watch istifadəçisinin məlumatları əsasında təlim keçib.

Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, o, insanın uzunmüddətli sağlamlıq vəziyyətini əks etdirən meyarlara əsaslanır. Buraya gündəlik atılan addımlar, gediş sabitliyi, fiziki aktivlik səviyyəsi, qan oksigeni miqdarı kimi göstəricilər daxildir. Əvvəlki süni intellekt modelləri isə əsasən nəbz və oksigen səviyyəsi kimi orqanizmin qısamüddətli reaksiyalarına fokuslanırdı.

WBM modeli digər güclü sistemlərlə müqayisədə sağlamlığın proqnozlaşdırılması və bir sıra tibbi vəziyyətlərin müəyyənləşdirilməsi baxımından daha uğurlu nəticələr verib. Yeni İİ hamiləliyi 92% dəqiqliklə aşkar edə bilib, həmçinin yuxu rejimini, infeksiyaların olub-olmamasını və ürək-damar sistemindəki pozuntuları yüksək dəqiqliklə təyin edib. Yeganə zəiflik şəkərli diabetin diaqnostikasında müşahidə olunub.

Sonda tədqiqatçılar bu yeni modeli əvvəlki fizioloji məlumatlara əsaslanan İİ ilə birləşdiriblər və nəticədə həm qısamüddətli, həm də uzunmüddətli göstəriciləri eyni anda analiz edə bilən hibrid sistem əldə ediblər. Bu isə Apple-ın sağlamlıq texnologiyalarında yeni mərhələyə qədəm qoyduğunu göstərir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,928ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -