spot_img
20 июня, 2025
spot_img
ДомойAVКинематограф“Formula 1” filmi üçün Apple iPhone əsasında xüsusi kamera hazırladı

“Formula 1” filmi üçün Apple iPhone əsasında xüsusi kamera hazırladı

Apple TV+ üçün çəkilən yeni “Formula 1” filmində əsl yarış yayımına bənzər bolidlərin içindən çəkilmiş dinamik kadrlar yer alacaq. Amma bu cür səhnələri çəkmək üçün rejissor komandasına standart kameralar bəs etmədi — onlar yenidən kamera ixtira etməli oldular.

Adi yayım kameraları bu məqsəd üçün çox böyük və ağır idi, buna görə də Apple mühəndisləri çəkisi bolid üçün uyğun olan xüsusi onboard kamera hazırladılar. Bu kameranın içində iPhone kamerasının sensoru, Apple A seriyasından naməlum bir çip, batareya və işıq filtri yerləşdirilib.

WIRED jurnalının yazdığına görə, bu kamera çox güman ki, iPhone 15 Pro modelindəki A17 Pro çipi və kamera sensoru əsasında hazırlanıb. Kamera iOS sistemində, amma xüsusi proqram təminatı ilə işləyib.

Apple ProRes formatında video çəkib və USB ilə iPad-ə qoşulmuş vəziyyətdə idarə olunub. Operator iPad vasitəsilə çəkiliş formatı, kadr tezliyi, işıq həssaslığı, və rəng temperaturu kimi öncədən ayarları verə bilib.

Təbii ki, bu kamera peşəkar kino avadanlığını əvəz etməyib, lakin yarışın içindən real və dinamik görüntülər çəkməyə imkan verib. Bildirilir ki, belə səhnələr film boyunca çox saydadır.

Bu kadrların necə göründüyünü isə 23 iyun tarixində dünyanın bir çox kinoteatrlarında izləmək mümkün olacaq. Film daha sonra Apple TV+ platformasında eksklüziv olaraq yayımlanacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,934ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -