spot_img
7 июня, 2025
spot_img
ДомойТелекомСобытияAvropada satılan iPhone-lar AirDrop və bir sıra yeni funksiyalardan məhrum qala bilər

Avropada satılan iPhone-lar AirDrop və bir sıra yeni funksiyalardan məhrum qala bilər

Apple şirkəti Avropa İttifaqının “Rəqəmsal Bazarlar Qanunu”na uyğun gəlmədiyi üçün bu bölgədə bəzi funksiyaları məhdudlaşdıra bilər. Bəzi hallarda şirkət siyasətçilərlə razılaşsa da, bir çox məsələdə öz mövqeyində israrlıdır.

Ötən il Avropa Komissiyası AirDrop funksiyasını və AirPods qulaqlıqlarının iPhone ilə dərhal qoşulması imkanını ümumi istifadə üçün vacib texnologiyalar kimi qiymətləndirdi və Apple-dan bu texnologiyaları başqaları ilə paylaşmağı tələb etdi. Apple isə öz texnologiyasını bölüşmək istəmədiyi üçün danışıqlara başlasa da, jurnalist Con Qruberin əldə etdiyi sənədlərə əsasən, bu danışıqlar nəticəsiz qalıb.

Artıq məlum olub ki, Apple şirkəti Avropa İttifaqında yeni təqdim olunan Apple Intelligence funksiyalarına və iPhone Mirroring (telefon ekranını digər qurğulara əks etdirmə) xüsusiyyətinə çıxışı məhdudlaşdırıb. Bu, o deməkdir ki, AirDrop və sürətli qoşulma da gələcəkdə eyni aqibəti yaşaya bilər.

Qruber bildirir ki, Avropa gələcəkdə digər eksklüziv Apple funksiyalarının da «ictimai istifadə üçün vacib» olduğunu hesab etsə, şirkət həmin funksiyaları da Avropada deaktiv edə bilər.

Bu problem təkcə iPhone-ları deyil, bütün Apple cihazlarını əhatə edir. Ən pis halda, Avropa bazarında Apple məhsullarının satışı məhdudlaşdırıla bilər. Amma Avropa şirkət üçün olduqca böyük bazar olduğundan, Apple bu addımı atmağa risk etməz. Bunun əvəzinə, bəzi funksiyaların “gələcəyə təxirə salınması” adı altında heç vaxt təqdim edilməməsi daha real görünür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,940ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -