spot_img
20 мая, 2025
spot_img
ДомойТехнологииГаджетыXiaomi Pad 7 Ultra və Xiaomi 15S Pro bu ayın sonunda tamamilə...

Xiaomi Pad 7 Ultra və Xiaomi 15S Pro bu ayın sonunda tamamilə yeni çipsetlə təqdim olunacaq

Son insayder məlumatlarına görə, Xiaomi bu ayın sonuna doğru genişmiqyaslı yeni məhsul təqdimatı planlaşdırır. Gözlənilən qurğular arasında 14 düymlük OLED ekranla təchiz olunmuş Xiaomi Pad 7 Ultra və həmçinin Xiaomi 15S Pro modeli də var. Hər iki cihazın Xiaomi-nin tamamilə yeni, öz istehsalı olan prosessoru ilə işləyəcəyi bildirilir. Bundan əlavə, tədbir zamanı şirkətin ilk elektromobilinin də təqdim olunacağı gözlənilir.

Xiaomi-nin daxili imkanlarla hazırladığı və XRing O1 adlandırılan yeni prosessoru artıq buraxılış mərhələsinə yaxındır. Çipin debütü bu ayın sonunda baş tuta bilər.

Məşhur insayder DCS-in məlumatına görə, Xiaomi XRing O1 çipini azı iki cihazda istifadə etməyi planlaşdırır. Bu cihazlardan biri artıq haqqında uzun müddətdir söz-söhbət gedən Xiaomi 15S Pro-dur. Digəri isə tezliklə satışa çıxacağı gözlənilən Xiaomi Pad 7 Ultra ola bilər.

Əvvəllər Xiaomi Pad 7 Max kod adı ilə tanınan Xiaomi Pad 7 Ultra, ekran ölçüsünə görə brendin planşet seriyasında flaqman model kimi təqdim olunacaq. Qurğunun 14 düymlük OLED ekrana və 120 vat gücündə sürətli şarj funksiyasına sahib olacağı gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,935ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -