spot_img
30 мая, 2025
spot_img
ДомойТехнологииСмартфоныiPhone 16 — dünyanın ən çox satılan smartfonudur

iPhone 16 — dünyanın ən çox satılan smartfonudur

2022-ci ildən bəri ilk dəfədir ki, yeni iPhone-un əsas modeli satışda liderliyə yüksəlir.

Counterpoint şirkətinin hesabatına görə, 2025-ci ilin ilk üç ayında ən çox satılan 10 smartfonun beşini Apple modelləri təşkil edir. Ən böyük satış payı da məhz iPhone 16-nın əsas versiyasına düşür. Siyahının ikinci pilləsində iPhone 16 Pro Max, üçüncüsündə iPhone 16 Pro, dördüncüsündə isə keçən ilin modeli olan iPhone 15-in baza versiyası qərarlaşıb.

Bəs, məşhur “heç kimə lazım olmayan iPhone 16e” necə oldu? O, mart ayında ilk 10-luğa daxil olmağı bacardı və həmin ayda 6-cı yeri tutdu. Amma yalnız bir tam ay satışda olduğuna görə birinci rübün yekun göstəricilərinə daxil ola bilmədi. Gözləyirik ki, ikinci rübdə bu model rəqiblərinə necə meydan oxuyacaq.

Apple-dan əlavə, siyahıda Samsung dörd model ilə təmsil olunub. Xiaomi isə yalnız bir yer əldə edə bilib. Samsung-un üç büdcə modeli ilə yanaşı, flaqman S25 Ultra da ilk 10-a daxil olub. Xiaomi-nin adını siyahıya isə yalnız Redmi 14C 4G kimi ultra-büdcə modeli çıxara bilib — əsas satışlar Afrikada, Latın Amerikasında və Yaxın Şərqdə qeydə alınıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,943ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -