spot_img
15 мая, 2025
spot_img
ДомойТелекомСобытия4SİM-in icraçı direktoru Dubai FinTech Summit 2025 tədbirində iştirak edib

4SİM-in icraçı direktoru Dubai FinTech Summit 2025 tədbirində iştirak edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dubayda keçirilən Dubai FinTech Summit 2025 tədbirində iştirak edib.

Fariz Cəfərov “»Şirkətlər, maliyyə sistemləri və ümumi iqtisadiyyat: qlobal rəqəmsal innovasiya sistemlərinin transformasiyası» adlı paneldə çıxış edərək Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya təşəbbüsləri və maliyyə texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

Dubai FinTech Summit 2025 maliyyə texnologiyaları sahəsində liderləri, innovatorları və siyasətçiləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirdir. Dubai International Financial Centre (DIFC) tərəfindən təşkil olunan  sammit texnologiya vasitəsilə daha əlçatan və inklüziv maliyyə xidmətlərinin  təşviqini hədəfləyir. Tədbirdə 100-dən çox ölkədən 8000-dən artıq iştirakçı, 300-dən çox spiker və 1,000-dən artıq investor iştirak edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,936ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
712ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -