OPPO, Find N5 çox nazik qatlanan smartfonunun zəif və ya etibarsız olacağına şübhə edənləri sakitləşdirmək məqsədilə qeyri-adi bir sınaq keçirib və cihazın лщкзгыгтгт möhkəmliyini açıq şəkildə nümayiş etdirib.
Şirkət xüsusi bir qurğu hazırlayaraq, üzərində dörd OPPO Find N5 smartfonunu açıq vəziyyətdə yerləşdirib. Xatırladaq ki, bu vəziyyətdə cihazın qalınlığı cəmi 4,2 mm-dir. Daha sonra, smartfonlara müvafiq olaraq 10, 20, 30, 40 və 50 kq ağırlığında yüklər asdılar, sonra isə yük yerinə bir qız oturdu — nəticədə cihazlara heç bir şey baş vermədi.
Yüksək möhkəmlikdən əlavə, OPPO Find N5 IPX9 standartına uyğun qorunur. Bu, cihazın uzun müddət suya batırılmasına və yüksək təzyiq altında isti su axınlarına davamlı olduğunu göstərir.
OPPO Find N5, dünya üzrə satışa çıxarılmalı idi, amma istehsalçı son anda qlobal buraxılışını ləğv edib və bu qərarını heç bir şəkildə izah etməyib.