Etibarlı insayder Digital Chat Station istifadəçilərə “peşəkar dərəcəli” kamera təqdim edəcəyi gözlənilən, qarşıdan gələn vivo X200 Ultra haqqında yeni təfərrüatları açıqladı. Onun sözlərinə görə, qadcet nəinki Android cihazları arasında videoçəkiliş üçün yeni standart müəyyənləşdirəcək, həm də bu baxımdan iPhone-u keçəcək.
İnsayder iddia edir ki, vivo X200 Ultra əsas 50 meqapiksel modulu (35 mm ekvivalent fokus uzunluğu) olan kamera bloku, ultra geniş bucaqlı 50 MP modul və 200 MP-lik periskopik teleobyektivə sahib zoom kamerası ilə təchiz ediləcək. Bundan əlavə, smartfona iki şəkil emal çipi və təkmilləşdirilmiş xüsusi proqram təminatı da əlavə ediləcək.