Hələ elan edilməmiş Honor 400 Lite smartfonu Android proqram tərtibatçıları üçün platforma olan Google Play Console-da peyda olub. Gadcetin kartında onun bəzi xüsusiyyətləri və ön panelin təsviri var.
Google Play Console məlumat bazasında deyilir ki, Honor 400 Lite (ABR-NX1) MediaTek Dimensity 7025 prosessoru və 8 GB operativ yaddaş alacaq. Smartfon ekranının təsvir ölçüsü 1080×2412 piksel, əməliyyat sistemi isə Android 15-dir.
Əvvəlki məlumatlarda bu model diapazonunda olan smartfonların 7000 mAh tutumlu batareyalar, Pro və Ultra modellərinin isə Qualcomm Snapdragon 8s Gen 3 prosessoru əldə edə biləcəyi bildirilmişdi.
Honor 400 Lite seriyası hələ açıqlanmasa da, təqdimatı bu ilin may ayında gözlənilir.