Xiaomi SU7 2024-cü ilin dekabrında satış həcminə görə Tesla Model 3-ü ötərək ümumi reytinqdə beşinci yeri tutdu. Bu barədə Xiaomi rəhbəri danışıb. SU7 ilin son ayında 25 815 ədəd satış edərək ilk 10-luqda dördüncü, Tesla Model 3 isə 21 046 ədəd sataraq siyahıda beşinci yeri tutub.
Reytinqin yuxarılarında BYD Seagull, Wuling Hongguang MINIEV və Wuling Bingo kimi Çin brendlərinin elektrik avtomobilləri qərarlaşıb. Bu kompakt modellər münasib qiymətə və daxili bazarda populyarlığına görə liderliyini qoruyub saxlayıblar.