NETTY 2024-ün Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir.
İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants.
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.
Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.
NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində əhəmiyyətli veb və mobil resursların, ən yaxşı İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Bu ilki mükafatı dəstəkləyənlər:
Baş tərəfdaş: NAR.
Rəsmi tərəfdaş: Azərbaycan İnnovasiya Mərkəzi (AIM).
Tərəfdaşları: SİMA, Crocusoft, Epoint, Matrix Akademiyası, SmartHost, Savalan, Renley.
Kibertəhlükəsizlik üzrə partnyor: Cyberpoint.
Layihənin informasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Sapunov Online, Tech.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws, Azərbaycan Fotoqrafları Birliyi (AFB), AutoLife Radio Azerbaijan.
Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.