Insider Digital Chat Station hələ təqdim edilməmiş OPPO Reno13 smartfonunun kamera blokunun fotosunu dərc edib. Şəkildə o, iPhone-un yanında «uzanıb» və fotoşəkilə görə, qadcetlərin dizaynı demək olar ki, eynidir.
Fotodan görünür ki, qadcetlərin çərçivələri demək olar ki, eynidir: hər iki modelin yastı tutqun metal kənarları, şüşə arxa panelləri və oxşar kamera blokları var, lakin OPPO-da üç modul və Aura Light flaşı var. Bir məlumat da əlavə edək ki, Reno13 çərçivəsinin alüminiumdan olması WHY LAB insayderindən məlum oldu. Bundan əlavə, Digital Chat Station bildirdi ki, Reno13 kamera bölməsindəki şüşə iPhone-un şüşəsi ilə eynidir.
İlkin məlumata görə, OPPO Reno13 1,5K təsvir ölçülü və 120 Hz yeniləmə tezliyi ilə 6,59 düymlük displey alacaq. Ekranın altındakı optik barmaq izi skaneri, MediaTek Dimensity 8350 prosessoru, 5600 mAh batareya, simsiz şarj və 50 meqapiksellik ön kamera haqda da məlumat var.
Smartfonun Pro modeli 6,83 düymlük ekran, 5900 mAh batareya, OIS ilə 50 MP əsas kamera, eyni təsvir ölçülü telefoto kamera və 8 meqapiksellik ultra geniş kamera almalıdır. OPPO Reno13-nun buraxılış 2025-ci ilin yanvarında baş tutmalıdır.