spot_img
21 ноября, 2024
ДомойТелекомСобытияNETTY 2024 Azərbaycan Milli İnternet Mükafatı - qeydiyyat davam edir

NETTY 2024 Azərbaycan Milli İnternet Mükafatı — qeydiyyat davam edir

NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulunun bitməsinə iki həftədən az vaxt qalıb. Artıq mükafata 220-dən çox sayt, həll və sosial şəbəkə səhifəsi təqdim olunub. Müsabiqə iştirakçılarından ərizələrin qəbulu, virtual münsiflər heyətinin seçilməsi və ekspert şurasının formalaşdırılması www.netty.az saytında 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.

2024-cü ildə NETTY çərçivəsində resurslar aşağıdakı əsas kateqoriyalar üzrə qiymətləndirəcək:

  • DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
  • SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT
  • BİZNES VƏ SAHİBKARLIQ
  • MALİYYƏ, BANK VƏ FİNTECH
  • E-TİCARƏT VƏ KOMMERSİYA
  • ELM, TƏHSİL VƏ İNNOVASİYA
  • SƏHİYYƏ, İDMAN VƏ TURİZM
  • MƏLUMAT VƏ XƏBƏRLƏR
  • MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT

Hər nominasiya üç sahədən ibarətdir: vebsaytlar, tətbiqlər və sosial səhifələr. Hər nominasiya üzrə hər bir istiqamət üzrə qalib müəyyən ediləcək.

Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurası ilə Virtual Münsiflər Heyəti arasında səsvermə keçiriləcək.

Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

İştirakçılar aşağıdakı 3 meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.

NETTY2024-ün qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Bütün müsabiqə nominantları tədbirə dəvətlidir. Müsabiqə zamanı nominantlar və qaliblər diplomlar və rəsmi NETTY mükafatlarını, həmçinin müsabiqə partnyorları tərəfindən hədiyyələri alırlar. Medianın və internet auditoriyasının diqqəti təmin edilir.

Səsvermə başlamazdan əvvəl müsabiqənin bir hissəsi olmaq üçün bir neçə üsul var — iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq.

“İştirakçılar” öz layihələri, veb-resurslarını, sosial şəbəkələrdəki səhifələrini və ya tətbiqlərini mükafatın saytında qeydiyyatdan keçirmiş istifadəçilərdir.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti “Virtual Münsiflər Heyətinin Seçimi” kateqoriyasında müsabiqədə iştirak edənlərin ümumi sayından üç namizəd seçir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası nominasiyaların hər biri üzrə, və hər sahə üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın dövlət, ictimai və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

Müsabiqə haqqında ətraflı məlumat əldə etmək və iştirak etmək üçün www.netty.az saytına baxa bilərsiniz.

Bu ilki mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş: NAR

Rəsmi tərəfdaş: Azərbaycan İnnovasiya Mərkəzi (AIM)

Tərəfdaşları: Epoint, Matrix Akademiyası, SmartHost, Savalan, Renley

Kibertəhlükəsizlik üzrə partnyor: Cyberpoint

Layihənin informasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Sapunov Online, Tech.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -