spot_img
21 ноября, 2024
ДомойТехнологииСмартфоныiPhone 17 Slim yeni nazik OLED ekran ilə təchiz olunacaq

iPhone 17 Slim yeni nazik OLED ekran ilə təchiz olunacaq

Şayiələrə görə, iPhone-ların növbəti nəslində “Slim” prefiksi olan yeni nazik model təqdim oluna bilər. DigiTimes portalının son hesabatına görə, qadcetin xüsusiyyətlərindən biri cihazı daha “düz” edəcək yeni OLED matrisa növü olmalıdır.

Mənbənin məlumatına görə, iPhone 17 Slim Çinin Novatek şirkətinin istehsalı olan matrisa malik olacaq. Bu yaxınlarda həmin şirkətin sensor ekran və elektronikanı birləşdirən TDDI OLED ekranını təqdim etdi. Bu komponentin istehsalçıya cihazın korpusunun qalınlığını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəyi gözlənilir.

DigiTimes-in müəllifləri təklif edirlər ki, yeni matrisi smartfona inteqrasiya etməzdən əvvəl Apple onu hansısa başqa cihazda – məsələn, Apple Watch və ya iPad-də sınaqdan keçirə bilər. iPhone 17 Slim-in əsas iPhone 17 xətti ilə birlikdə buraxılması 2025-ci ildə gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -