spot_img
22 ноября, 2024
ДомойSoftwareМобильные приложенияTikTok icmasının təhlükəsizliyi: platforma 2024-cü ilin ilk rübündə Azərbaycanda 700 mindən çox...

TikTok icmasının təhlükəsizliyi: platforma 2024-cü ilin ilk rübündə Azərbaycanda 700 mindən çox video silib

Qısa videoçarxlar ilə məşhur olan TikTok platforması, Azərbaycanda platformanın icma qaydalarına uyğunluğunu təmin etmək üçün təhlükəsizliyi əsas prioritet kimi qəbul edir. Bunun üçün platforma, İcma Qaydalarını pozan məzmunu aşkar etmək və tədbirlər görmək üçün innovativ texnologiyalar və mütəxəssislərin köməyindən istifadə edir. Qeyd edək ki, dünyada 40.000-dən çox mütəxəssis, o cümlədən Azərbaycan dilini bilənlər, TikTok istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün məsuldur.

Bu ilin yazında platforma, yerləşdirilən məzmunla bağlı siyasətini daha aydın izah edən yenilənmiş İcma Qaydalarını təqdim etdi. Burada məzmun müəlliflərinin TikTok qaydalarını daha yaxşı anlamalarına kömək etmək üçün yeni funksiyalar təqdim edilib, həmçinin öz hesablarının cari statusu haqqında məlumat əldə etmək imkanı verilib. Platformaya, eyni zamanda axtarış sorğularının, canlı yayımların və tövsiyə lentinin necə idarə edildiyi barədə məlumat daxil edilib.

İcma Qaydalarına Uyğunluq Hesabatlarında silinmiş videoçarxların və hesabların həcmi və xarakteri barədə hər rüb məlumat açıqlanır. İcma Qaydalarına Uyğunluq Hesabatına əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda:

  • 713 885-dən çox videoçarx İcma Qaydalarını pozduğu üçün silinib.
  • Silinmiş videoçarxların ümumi sayının 95,9%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət olunmadan öncə aradan qaldırılıb.
  • Məzmunun 94,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Eyni müddət ərzində dünya miqyasında İcma Qaydalarının pozulmasına görə:

  • 166 997 307 videoçarx silinib.
  • Videoçarxların 97,7%-i proaktiv şəkildə aradan qaldırılıb.
  • 89,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Xatırlatmaq istəyirik ki, keçən il ərzində Azərbaycanda İcma qaydalarını pozmuş 2.071.243 video silinib.

Bu hesabatdan etibarən TikTok, videolardakı İcma Qaydalarını pozan şərhlərin silinməsi barədə də məlumat verməyə başlayır. Belə ki, 2024-cü ilin birinci rübündə dünya üzrə ümumilikdə 976 479 946 şərh silinib ki, bu da həmin dövrdəki bütün şərhlərin 1,6%-ni təşkil edir. Eyni zamanda, müəlliflərin özləri xüsusi təhlükəsizlik alətləri vasitəsilə məzmunlarına yazılan 3 381 646 722 şərhi süzgəcdən keçirib və ya silib.

Ənənəvi olaraq təqdim edilən hesabatlarla yanaşı, TikTok yeni ixtisaslaşmış hesabatlara da başladığını elan edib. Bunlardan biri, platformanın uşaqların cinsi zorakılığı və internetdə cinsi istismarına qarşı mübarizə səylərinə həsr olunub. TikTok-da belə hallar aşkar edildikdə, platforma dərhal uyğun olmayan məzmunu aradan qaldırır, həmin məzmunu yayan hesabları həmişəlik bloklayır və itkin düşən və istismar olunan uşaqlar üçün Milli Mərkəzə (National Center for Missing and Exploited Children) bildiriş göndərir.

Bu il dünyada iki milyarddan çox insan müxtəlif ölkələrdə keçirilən seçkilərdə səs verir və məsuliyyətli platforma olaraq TikTok da buradakı məzmunun dürüstlüyünü təmin etmək üçün ciddi səylər göstərir. Platforma, seçkilərin dürüstlüyünün qorunması, dezinformasiya ilə mübarizə və təsir əməliyyatlarının qarşısının alınması haqqında məlumat verən yeni resursları təqdim edib. Şirkət həmçinin siyasi kontekstdə ictimai rəyə təsir göstərə biləcək gizli məlumat kampaniyalarını aşkar etmək və qarşısını almaq üçün xüsusi hesabat hazırlayır. Ümumilikdə, TikTok birinci rübdə dünya üzrə 3 473 314 izləyici auditoriyası olan 1 675 hesabdan ibarət 10 gizli təsir şəbəkəsinin fəaliyyətini dayandırıb.

TikTok haqqında

TikTok — qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -