spot_img
27 апреля, 2024
ДомойТехнологииHardwareASUS ExpertBook B5 - çevikliyə dəyər verənlərin biznes-noutbuku!

ASUS ExpertBook B5 — çevikliyə dəyər verənlərin biznes-noutbuku!

Ötən ilin sonunda ASUS biznes noutbukları Azərbaycan bazarına daxil oldu.  ASUS ExpertBook korporativ noutbuklar xəttinə B1-dən (ExpertBook Essential baza modelləri), B9-a (ExpertBook Premium flaqman noutbukları) qədər indeksləri üzrə geniş çeşidli modellər daxildir. Bu seriyada ASUS ExpertBook B5 (B5402CBA) və ASUS ExpertBook B5 Flip (B5402FBA) modelləri, həmçinin 14 düymluq B5402CBA modeli xüsusi yer tutur.

Ən son Intel Core prosessorlarına əsaslanan və çevik lakin yüksək davamlılığa malik olan müasir biznes noutbuklarının çəkisi cəmi 1,25 kq-dır. ExpertBook B5 uzunmüddətli avtonomluq, iki hard disc RAID-massive dəstəklənməsi, intellektual səsboğma sistemi və eksklüziv NumberPad sensor paneli kimi xüsusiyyətlərə malikdir. Bu sinif cihazların biznes tapşırıqlarının yerinə yetirilməsi istiqaməti həm də şəxsi və kommersiya məlumatlarının məxfiliyini təmin etməyə kömək edəcək barmaq izi skaneri və TPM 2.0 kriptoprosessoru da daxil olmaqla qabaqcıl informasiya təhlükəsizliyi vasitələrinin mövcudluğu ilə də vurğulanır.

ASUS ExpertBook B5 konstruksiyasının əsas xüsusiyyətləri

Biznes-noutbuklar adətən korporativ seqmentə tam layiq xarici görünüşə malik olur. ASUS ExpertBook B5 də istisna deyil. Qurğunun mat üst qapağı tünd göy rəngli maqnezium-alüminium ərintisindən hazırlanıb. Üst qapağın ortasında ASUS loqosu və yuxarı sol küncdə kiçik ExpertBook rəmzi yer alıb. İstifadəçinin hazırda məşğul olduğunu bildirənişıq diodu da eyni yerdə quraşdırılıb. O, ya video konfranslar zamanı avtomatik işə düşür, ya da Fn+1 düymələrini basmaqla aktivləşdirilir.

ASUS ExpertBook noutbuklar xəttinin özəlliklərindən biri onun möhkəm, gücləndirilmiş konstruksiyasıdır. Bunun üçün bütün portlar və ilmələr əlavə etibarlılıq məqsədilə polad qarmaq və xüsusi vintlərlə möhkəmləndirilir. 14 düymlük ultraportativ noutbukda monitor və sürətli dolum (40 Gbps-ə qədər, DisplayPort və Power Delivery) dəstəkli iki Thunderbolt 4 USB-C girişi, həmçinin tam ölçülü USB portlardan ibarət olduqca qabaqcıl dəst yer alıb. 3.2 port və HDMI 2.0. Həmçinin Kensinqton qıfılı, 3,5 mm-lik audioyuva və quraşdırılmış barmaq izi skaneri olan işəsalma düyməsi var. Qurğunun arxa hissəsində soyutma sisteminin delikləri, iki ilmə və noutbuku açıq vəziyyətdə saxlayan iki kiçik rezin əlavə yer alıb.

ASUS ExpertBook B5-in ekran çərçivələri kifayət qədər nazik olduğundan, noutbuk daha portativ və müasir görünür. Hər iki modelin displeyləri parıltı əleyhinə örtüklü, mat səthə malikdir. Üstəlik B5402FBA modelinin ekranı tamamilə sensorludur. Ekranın yuxarısında işıq diodlu indikatoru və pərdəsi olan veb-kamera və mikrofonlar yerlədirilib. Laptopun ön tərəfinə yaxın, yanlarda stereo dinamiklər quraşdırılıb. Alt qapaq standart xaçşəkilli vintlərlə bərkidildiyindən, onu çıxarmaq olduqca asandır. Bu da öz növbəsində, RAID 0/1 massivini tənzimləmək üçün ikinci M.2 SSD-ni əvəzləməyə və ya əlavə etməyə imkan verəcək. Əlavə olaraq, RAM üçün bir sərbəst slot da nəzərdə tutulub. Belə yığcam model üçün bu göstəricilər olduqca yaxşıdır. Çəkisi və ölçüsü sayəsində bu noutbuku hər gün daşımaq da çətinlik yaratmır. Laptopu istənilən bel və ya əl çantasına yerləşdirmək mümkündür. Materiallar və yığım keyfiyyəti istehlak bazarındakı analoqları üstələyir, qapaq və işçi səth əyintiyə məruz qalmır. Gücləndirilmiş oynaq və ilmələrə malik ASUS ExpertBook B5 xətti noutbukları MIL-STD-810H Amerika hərbi standartının tələblərinə cavab verir və birbaşa şirkətin özündə əlavə sınaqlardan keçir. ExpertBook xətti üçün sınaq metodologiyası haqqında ətraflı məlumatı buradan izləyə bilərsiniz.

İstifadə rahatlığı

ASUS ExpertBook B5 noutbukları ASUS noutbukları üçün ənənəvi ErgoLift ilmələri ilə təchiz olunduğundan, displey blokunun yanındakı iş səthinin müəyyən hissəsi bir qədər yuxarı qalxır. Bunun sayəsində klaviatura kiçik, istifadəçi üçün daha əlverişli bucaq altında yerləşir. Soyutma sistemində isə soyuq havanın qəbulu üçün daha çox yer ayrılıb. Qurğuların planşet rejimində istifadəsi üçün B5402CBA modelinin qapağı maksimum 180 dərəcə, B5402FBA-nın qapağı isə 360 dərəcə açıla bilər. ASUS ExpertBook B5 bir əllə asanlıqla açılır, displey bloku isə istənilən vəziyyətdə kifayət qədər etibarlı şəkildə sabitlənir..

Klaviaturanın ölçüləri və tərtibatı ultraportativ modellər üçün tamamilə standartdır: əlavə rəqəm paneli nəzərdə tutulmayıb, oxlar və funksional düymələr isə daha kiçikdir. Ümumi düymələr kifayət qədər iridir, tam eniş isə 1,5 mm-ə bərabər olduğuna görə klaviaturadan istifadə etmək çox rahatdır. Əlavə olaraq, maye tökülməsinə qarşı müdafiə də mövcuddur — klaviatura 66 sm3-ə qədər mayeyə davamlıdır. Ağ LED alt işığı sayəsində bütün simvollar aydın işıqlandırılıb. Vahid parlaqlıq səviyyəsi iş üçün kifayət qədər yetərlidir. Sensor paneli unikal NumberPad 2.0 toxunma paneli ilə birləşdirilib və yuxarı sağ küncdəki sensor düymə ilə aktivləşdirilir. Soldakı düymə isə simvolların parlaqlığına və kalkulyatorun işə salınmasına cavabdehdir.

Ekran və aparat imkanları

ASUS ExpertBook B5 (B5402CBA) və ASUS ExpertBook B5 Flip (B5402FBA) modelləri ASUS noutbukları üçün artıq ənənəyə çevrilən 16:10 tərəf nisbətinə, FullHD təsvir icazəsinə və 400 kd/m2 parlaqlığa malik 14 düymlük IPS matrislərlə təchiz olunub. İstehsalçının iddiasına görə modellərin ekranı sRGB rəng sahəsininin 100% əhatəsi və Pantone sertifikatı təmin olunub. Ekran parıltıya qarşı mat örtüyə malik olduğundan, noutbuku hətta günəşli açıq havada belə istifadə etmək kifayət qədər rahatdır. Ekran təbii rəng ötürücülüyü və maksimum baxış bucaqları ilə yüksək keyfiyyətli təsvir təqdim edir.

Hər iki model V-Pro və quraşdırılmış Intel Iris Xe qrafikalı Core i7-1260P-ə qədər güclü Intel Core prosessorları ilə təchiz edilib. Sinifindən bəlli olduğu kimi noutbukun diskret qrafikası yoxdur. Maksimum konfiqurasiyada noutbuklara 48 GB DDR5-4800 operativ yaddaş, o cümlədən bir sərbəst slot və ana platada lehimlənmiş 8 GB, həmçinin ümumi tutumu 4 TB olan iki SSD diski daxil ola bilər. Bunun sayəsində noutbuk ofis tapşırıqlarının, həmçinin baza səviyyədə foto və video redaktəsinin öhdəsindən asanlıqla gəlir. Təbii ki, söhbət ciddi montajdan və ya 3D modelləşdirmədən getmir.

ASUS ExpertBook B5-in soyutma sistemi ənənəvi noutbuk soyutma sistemi ilə təchiz edilmişdir. Bura radiator, istilik borusu və bir ventilyator daxildir. Qənaətli enerji sərfiyyatı prosessoru ilə birlikdə bu sistem ofis tətbiqləri ilə işləyərkən əlavə səsləri aradan qaldırmaqla, öz vəzifəsini mükəmməl şəkildə yerinə yetirir. ASUS ExpertBook B5 modelləri 63 Vt*s tutumlu dörd hissəli akkumulyatorla təchiz olunub və istehsalçı 10 saatdan artıq avtonom iş vəd edir. Noutbukun tam iş günü ərzində sərbəst işləmək qabiliyyətini nəzərə alsaq, qida blokunu daşımağa ehtiyac qalmır.  Bu noutbukların ilk növbədə ofis işləri üçün nəzərdə tutulduğuna baxmayaraq, sevimli serialları və ya YouTube videolarını yüksək keyfiyyətdə izləmək üçün kifayət qədər kifayətdir.

ASUS ExpertBook B5-in qısa xarakteristikası:

Əməliyyat sistemi Windows 10 Pro, Windows 11 Pro
Prosessor V-Pro (opsiya) funksiyalı Intel Core i7-1260P-ə qədər (12 nüvə 4P+8E)
Qrafika Intel Iris X
Displey (B5402CBA) 14” sensorsuz IPS Full HD parıltı əleyhinə, 400 kd/m2; Nazik ekran çərçivəsi – ekranın nisbi sahəsi 85%, baxış bucağı 178°, rəng tutması 100% sRGB
Displey(B5402FBA) 14” sensorlu 360° fırlananIPS Full HD parıltı əleyhinə, 400 kd/m2, opsional — enerji ehtiyatlı (1Vt); Nazik ekran çərçivəsi – ekranın nisbi sahəsi 85%, baxış bucağı 178°, rəng tutması 100% sRGB, stilus dəstəklənməsi
Operativ yaddaş 40 BG-ya qədər DDR5-4800, 1 slot; 8 GB ana plata üzərində lehimlənib
Doldurucu 2x SSD 256/512 GB/1/2 TB PCIe 3.0 x4 qədər, ümumi 4 TB; RAID 0/1 qədər
Giriş/çıxışlar 2 USB-C Thunderbolt 4 ( DisplayPort və Power Delivery dəstəkləməklə 40 GBit/s), 1 USB-A 3.2, 1 USB-A 2.0, LAN (RJ45), HDMI 2.0a, Audio, microSD
İdarəetmə Maye tökülməsinə qarşı müdafiəli, alt işıqlı klaviatura, pərdəli İQ-kamera, barmaq izi skaneri

NumberPad alt işıqlı touchpad
Gövdəyə quraşdırılan stilus (yalnız B5402FBA)

Əlavə MIL-STD810H standartlarına uyğun sınaqdan keçirilib,
Wi-Fi 6, WakeOnLAN, V-Pro, TPM, Kensinqton qıfılı
Noutbukun funksiyalarını, yenilənmə və dəstək idarəedilməsi üçün MyASUS PT
2 uzaq məsafəli mikrofonu olan ASUS AI Noise-Canceling intellektual səsboğma sistemi
MyASUS PT Sistemin diqnostikası
Təhlükəsiz dolum
Ventilyatorların iş rejimi
Təsvirin optimallaşdırılması (Splendid)
Videonun optimallaşdırılması (Tru2Life)
İsti düymələrWi-Fi rouminqinin optimallaşdırılması
AppDeals xidməti
Link to MyASUS
Batareya və qidalanma 11,5/10,5 saata qədər avtonom iş ты (B5402CBA/B5402FBA)
63 Vt∙s Batareya, 4 giriş; 39 dəq 50% dolum
QB 65 Vt(USB-C)
Ölçü və çəki 323х223х17,9-18 mm; 1,25 (1,38 kq– B5402FBA)

ASUS Business proqram təminatı

ASUS ExpertBook B5 modelləri, ExpertBook seriyasındakı bütün cihazlarda olduğu kimi, biznes mühitində istifadə olunan cihazlar üçün xüsusilə vacib olan təhlükəsizlik və məhsuldarlığı artırmaq üçün ASUS Business Manager aparat və proqram təminatı dəstini ehtiva edir. ASUS Business Manager V3.0 proqramının ən son versiyası administratora məlumatlara, vebsaytlara və sistem parametrlərinə girişi idarə etməyə, lokal diskdə vacib məlumatları saxlamaq üçün şifrələnmiş virtual bölmə yaratmağa və s. kimi işlərdə yardım edir. Eyni zamanda ASUS Business proqramına distribyutorlar üzərindən xüsusi sifarişlər vermək imkanı, yüksək cavablama sürətinə və geniş xidmət mərkəzləri şəbəkəsinə malik peşəkar komandanın iştirakı kimi çevik zəmanət proqramları və bir sıra digər üstünlüklər daxildir.

ExpertBook noutbuk xəttinin quraşdırılmış proqram təminatına ASUS Cloud Recovery buludundan bərpaetmə vasitələri və ASUS Diagnostic Tool diaqnostika alətləri daxildir. Bu imkanlar hətta əməliyyat sistemini (BIOS-dan) və (HDD və ya SSD) daimi yaddaş qurğusunu quraşdırmadan belə avadanlıqların işini diaqnostika etməyə imkan verir. Sistem problemlər aşkar edərsə, siz QR kodunu skan edə bilərsiniz, bu da dəstək səhifəsinə yönləndiriləcək.

Şirkətin proqram təminatı dəstinə şirkətin bütün noutbuklarında istifadə olunan MyASUS proqramı elementi də daxildir. O, bu cür tətbiqlər üçün standart funksionallığa malikdir: sistemin monitorinqi, məhsuldarlıq və enerji doldurma rejimlərinin dəyişdirilməsi, sistemin yenilənməsi, bir sıra funksional düymələrin tənzimlənməsi, süni intellektə əsaslanan səsboğma sistemi və s. Əlavə olaraq qeyd etmək lazımdır ki, ASUS Control Center adlanan müəssisənin ümumi İT mühitinin mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün tamamilə yeni proqram təminatı mövcuddur. O, ASUS serverlərini, iş stansiyalarını və noutbuklar, masaüstü kompüterlər, monobloklar (AiO), ensiz klientlər və rəqəmsal lövhələr da daxil olmaqla,kommersiya məhsullarını izləmək və idarə etmək qabiliyyətinə malikdir. ASUS ExpertBook xəttinin cihazları bu konsepsiyaya mükəmməl uyğun gəlir.

ASUS ExpertBook haqqında əsas bu 5 xüsusiyyəti bilməliyik

  1. ASUS ExpertBook — gücləndirilmiş konstruksiyalı və maye damcılarından qorunan klaviaturalı yığcam, yüngül və etibarlı noutbuklardır.
  2. Noutbukun konfiqurasıyası ofis tapşırıqlarını asanlıqla yerinə yetirir, həmçinin upgrade imkanlarını təqdim edir.
  3. Bir tam dolu batareya ilə noutbuk avtonom rejimdə iş günü ərzində çalışmağa qadirdir
  4. Quraşdırılmış Proqram Təminatı sayəsində məhsuldarlığı artırmaq məqsədiylə eksklyüziv funksiyalar təklif olunur.
  5. Məhşur modellərin Azərbaycandakı distribütorlarda mövcudluluğu, xüsusi konfiqurasiyaların sifariş imkanı.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -