spot_img
2 мая, 2024
ДомойТехнологииСмартфоныPOCO şirkəti M6 Pro 4G smartfonunun əsas xüsusiyyətlərini paylaşdı

POCO şirkəti M6 Pro 4G smartfonunun əsas xüsusiyyətlərini paylaşdı

POCO X6 və M6 Pro smartfon seriyalarının təqdimatı ərəfəsində şirkət orta büdcəli M6 Pro 4G modelinin əsas xüsusiyyətlərini açıqlayıb. Nəzərinizə çatdıraq ki, yeni məhsulun qlobal elanı tezliklə — yanvarın 11-də Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Tizerə əsasən, POCO M6 Pro 4G smartfonu 120 Hz Flow AMOLED displey, OIS ilə 64 meqapiksellik əsas kamera və 67 vatt sürətli enerji doldurma funksiyası ilə təchiz olunacaq. Bundan əlavə, yaddaş modifikasiyası haqda da məlumat var: 12/512 GB (LPDDR4X və UFS 2.2).

İnsayderlərin fikrincə, yeni məhsul MediaTek Helio G99 Ultra prosessoru əsasında 5000 mAh batareya, 16 MP ön kamera və qiyməti 244 dollar (BƏƏ-də) olan Redmi K70E smartfonunun rebrendinqi ola bilər. Şirkət yanvarın 11-də onlayn təqdimat zamanı cihazın bütün xüsusiyyətlərini rəsmən açıqlayacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -