spot_img
3 мая, 2024
ДомойТехнологииСмартфоныRedmi 13C şirkətin ən ucuz 5G smartfonu oldu

Redmi 13C şirkətin ən ucuz 5G smartfonu oldu

Redmi əvvəllər elan edilmiş 13C 5G modelini təqdim etdi — bu, beşinci nəsil şəbəkələri dəstəkləyən ən ucuz smartfondur. Bundan əlavə, cihaz öz seqmentinə görə qoruyucu Corning Gorilla Glass şüşəsinin və 50 meqapiksellik kameranın olması ilə diqqət çəkir.

Redmi 13C 5G 1600×720 piksel təsvir ölçülü 6,74 düymlük ekrana malikdir. Matris yeniləmə sürəti 90 Hz, pik parlaqlıq 600 nitsdir. Displeyin «damcı» şəklində kəsilmiş hissəsində 5 meqapiksellik kamera var və əsas modulun təsvir ölçüsü 50 meqapikseldir. Aparat platforması 4/6 GB LPDDR4x operativ yaddaşa malik MediaTek Dimensity 6100+ prosessoruna əsaslanır. UFS 2.2 daimi yaddaşının həcmi 128/256 GB təşkil edir.

Muxtariyyət 18 vatt sürətli şarj ilə 5000 mAh batareya ilə təmin edilir. Digər xüsusiyyətlərə ikizolaqlı Wi-Fi, Bluetooth 5.3, iki SİM kart yuvası və microSD yaddaşı daxildir.

Modifikasiyaların və qiymətlərin siyahısı belədir:

  • 4/128 GB – 130 dollar
  • 6/128 GB – 150 dollar
  • 8/256 GB – 175 dollar

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -