spot_img
4 мая, 2024
ДомойТехнологииСмартфоныMeizu 21-in xüsusiyyətləri və yeni renderləri insayder tərəfindən dərc edilib

Meizu 21-in xüsusiyyətləri və yeni renderləri insayder tərəfindən dərc edilib

Meizu 21 seriyalı smartfonların buraxılış tarixi yaxınlaşdıqca, şəbəkədə gələcək yeni məhsullar haqqında getdikcə daha çox məlumat görünür. Rəsmi məlumatlardan sonra Fenibook ləqəbi ilə insayder tərəfindən cihazın əsas modeli haqqında təzə təfərrüatlar dərc edilib. Eyni zamanda o, cihazın hansı rənglərdə satışa çıxarılacağını açıqlayıb.

Onun sözlərinə görə, Meizu 21 2340×1080 piksel təsvir ölçülü 6,55 düymlük AMOLED ekran, 1800 nits pik parlaqlıq və 120 Hz (PWM 1920 Hz) yeniləmə tezliyi ilə təchiz ediləcək. Smartfonun əsasını qabaqcıl Snapdragon 8 Gen 3 prosessoru təşkil edəcək, həmçinin 4800 mAh tutumlu akkumulyator və 80 vatt sürətli şarj texnologiyasını dəstəkləyəcək. Cihazın FlymeOS 10.5 proqram təminatı ilə işləyəcəyi gözlənilir.

Şəkilə əsasən, Meizu 21 dörd rəngdə təqdim olunacaq: qara, ağ, yaşıl və lavanda. Smartfonun təqdimatı noyabrın 30-a planlaşdırılıb, qiyməti istehsalçı tərəfindən hələlik açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -