spot_img
28 апреля, 2024
ДомойТехнологииАвтомобилиÇində artıq Huawei-in “qatil” Mercedes-Maybach GLS üçün növbə yaranıb

Çində artıq Huawei-in “qatil” Mercedes-Maybach GLS üçün növbə yaranıb

SUV-nin rəsmi premyerasının yalnız dekabrda gözlənilməsinə baxmayaraq, Aito M9 üçün artıq 20 min sifariş toplanıb.

Spesifikasiyaların tam açıqlanmadığını və 68,4 min dollar qiymətinin yalnız ilkin olduğunu nəzərə alsaq, bu qədər sifarişin toplanmas kifayət qədər çoxdur.

Aito M9-un ölçüləri 5230 x 1999 x 1800 mm, təkər bazası 3110 mm-dir. Avtomobil 265/40 R22 və 285/40 R22 ölçülərində təkərlər alacaq.

Hibrid versiyanın elektrik stansiyası 152 at gücünə malik 1,5 litrlik daxiliyanma mühərriki, 224 at gücündə elektrik mühərriki və 152 at gücü ilə arxa elektrik mühərriki ilə təchiz edilmişdir. Ümumilikdə — 528 at gücü. Dartma batareyasının tutumu 40 kVt/saat, təmiz elektrik enerjisi üzrə hərəkət məsafəsi isə 175 km təşkil edəcək.

Tam elektriklə işləyən Aito M9 ümumi 530 at gücü olan iki elektrik mühərriki alacaq. Dartma akkumulyatorunun gücü 97,68 kVt/saat, məsafəsi isə 630 km-ə qədərdir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -