spot_img
28 апреля, 2024
ДомойТехнологииСмартфоныApple iPhone 15-in istehsalının baha olması səbəbindən iPhone 16-nın qiymətini artıracaq

Apple iPhone 15-in istehsalının baha olması səbəbindən iPhone 16-nın qiymətini artıracaq

Nikkei Asia araşdırmasına əsasən, iPhone 15-in istehsal dəyəri əvvəlki iPhone 14 modelindən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu da öz növbəsində növbəti iPhone 16 xəttinin qiymətlərinin artmasına səbəb ola bilər.

Belə ki, iPhone 15-in istehsalı üçün Apple 423 dollar tələb edir ki, bu da iPhone 14-dən 16% çoxdur. iPhone 15 Plus modelinin istehsal qiyməti 442 dollardır ki, bu da iPhone 14 Plus-dan 10% yüksəkdir. Artan xərclərə baxmayaraq, iPhone 15 və iPhone 15 Plus-ın təklif olunan pərakəndə satış qiyməti əvvəlki modellərlə eyni qaldı və analitiklərin fikrincə, bu, daha az mənfəətə səbəb ola bilər.

Apple-ın 2024-cü ildə iPhone 16 xəttinin qiymətlərini qaldırmaqla artan istehsal xərclərini kompensasiya edəcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -