Nikkei Asia araşdırmasına əsasən, iPhone 15-in istehsal dəyəri əvvəlki iPhone 14 modelindən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu da öz növbəsində növbəti iPhone 16 xəttinin qiymətlərinin artmasına səbəb ola bilər.
Belə ki, iPhone 15-in istehsalı üçün Apple 423 dollar tələb edir ki, bu da iPhone 14-dən 16% çoxdur. iPhone 15 Plus modelinin istehsal qiyməti 442 dollardır ki, bu da iPhone 14 Plus-dan 10% yüksəkdir. Artan xərclərə baxmayaraq, iPhone 15 və iPhone 15 Plus-ın təklif olunan pərakəndə satış qiyməti əvvəlki modellərlə eyni qaldı və analitiklərin fikrincə, bu, daha az mənfəətə səbəb ola bilər.
Apple-ın 2024-cü ildə iPhone 16 xəttinin qiymətlərini qaldırmaqla artan istehsal xərclərini kompensasiya edəcəyi gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az