spot_img
4 мая, 2024
ДомойТехнологииСмартфоныXiaomi 14 smartfonu Mix Fold 3 kameralarını alacaq

Xiaomi 14 smartfonu Mix Fold 3 kameralarını alacaq

Çinli insayderlərdən biri gələcək Xiaomi 14 və 14 Pro-nun kameraları haqqında məlumat paylaşıb: onun sözlərinə görə, smartfonlar iki telefoto linza alacaq. Birincisi 3,2x böyütmə (75 mm) olan optik sistemə, ikincisi isə beşqat periskop moduluna (115 mm) əsaslanacaq. Bu yaxınlarda təqdim edilən Mix Fold 3-ün aldığı kameralar da elə eynən bunlardandır.

İnsayder həmçinin bildirib ki, Xiaomi indi gələcək flaqmanının üç versiyasını sınaqdan keçirir: “kiçik” düz ekran, yanlarda əyilmiş “böyük” displey və periskop və “böyük” əyri ekranlı versiya. Ən son sınaq nümunəsinin olması əyri displeyli smartfonun ikinci versiyasının periskopsuz sınaqdan keçirildiyi anlamına gələ bilər.

Daha əvvəl başqa bir insayder Xiaomi 14 test nümunəsi ilə bağlı təəssüratlarını bölüşüb, akkumulyator və prosessor haqqında danışıb, həmçinin smartfonun sxematik şəklini göstərib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -