spot_img
30 сентября, 2023
ДомойТехнологииHardwareiPhone 15 təqdim edildikdən sonra Apple smartfonlarının seriyası necə dəyişiləcək?

iPhone 15 təqdim edildikdən sonra Apple smartfonlarının seriyası necə dəyişiləcək?

BGR portalı öz məlumatlarına istinadən yeni 15-ci seriyanın buraxılışından sonra Apple-ın hazırkı smartfon modelləri ilə bağlı planlarını paylaşıb. Həmişə olduğu kimi satışdan bəzi cihazların yoxa çıxmasını, eləcə də qiymətlərdə endirimlər gözləmək olar.

Qeyd olunur ki, bu ilin yeni proqram təminatına marağı artırmaq üçün Pro və Pro Max versiyaları iPhone 14 xəttindən xaric ediləcək. iPhone 12 modelinin satışı da dayandırılacaq. Mənbənin sözlərinə görə, şirkətin yeni smartfon seriyası aşağıdakı kimi görünəcəkdir:

  • A15 Bionic çipli iPhone SE — 64 GB üçün 429 dollardan
  • A15 Bionic çipli iPhone 13 — 128 GB üçün 599 dollardan
  • A15 Bionic çipli iPhone 14 — 128 GB üçün 699 dollardan
  • A15 Bionic çipli iPhone 14 Plus — 128 GB üçün 799 dollardan
  • A16 Bionic çipli iPhone 15 — 128 GB üçün 799 dollardan
  • A16 Bionic çipli iPhone 15 Plus — 128 GB üçün 899 dollardan
  • A17 Bionic çipli iPhone 15 Pro — 256 GB üçün 1099 dollardan
  • A17 Bionic çipli iPhone 15 Pro Max — 256 GB üçün 1299 dollardan.

Nəzərə almaq lazımdır ki, bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb. İnsayderlərin fikrincə, yeni iPhone 15-in elanı sentyabrın 12-nə planlaşdırılıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,106ФанатыМне нравится
1,012ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -