spot_img
18 мая, 2024
ДомойТехнологииHardware2023-cü ildə ən çox satılan smartfonların adları açıqlanıb

2023-cü ildə ən çox satılan smartfonların adları açıqlanıb

Omdia analitik şirkəti cari ilin birinci yarısında ayrı-ayrı smartfon modellərinin populyarlığına dair araşdırmanın nəticələrini dərc edib. Məlum olub ki, ilk 10-luq siyahısını yalnız iki məhşur brend bölüşüb — üstəlik bərabər nisbətdə.

Hesabat dövründə ən çox satılan cihaz iPhone 14 Pro Max olub — 26,5 milyon ədəd. Siyahıda sonrakı yerləri iPhone 14 Pro (21 milyon), iPhone 14 (16,5 milyon) və iPhone 13 (15,5 milyon) tutur. Beşinci sırada Samsung Galaxy A14 (12,4 milyon), altıncı yerdə isə Galaxy S23 Ultra (9,6 milyon) qərarlaşıb. Ondan sonra Galaxy A14 5G (9 milyon), Galaxy A54 5G (8,8 milyon) və Galaxy A34 5G (7,1 milyon) gəlir.

Ən populyar modellərin ilk onluğunu köhnəlmiş, lakin hələ də populyar olan Apple iPhone 11 6,9 milyon cihazla bağlayır. Analitiklər qeyd edirlər ki, ümumilikdə qlobal bazarda smartfon tədarükü azalıb. Məsələn, iPhone 14 Pro Max bu il keçən illə müqayisədə 7,2 milyon ədəd azalıb, eyni iPhone 13 isə 2022-ci ildə 33,7 milyon ədəd satılıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,042ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -