Hələ elan olunmamış Redmi K60 Ultra smartfonu Çin 3C sertifikatlaşdırıcısının verilənlər bazasında qeyd edilib. Model 23078RKD5C nömrəsi ilə qeydiyyatdan keçib və Xiaomi MDY-14-ED 120W şarj cihazı ilə təchiz olunacaq. Çindən kənarda smartfonun Xiaomi 13T Pro adlanacağı da məlumdur.
İlkin məlumata görə, modelin hər iki versiyası 144 Hz yeniləmə tezliyinə malik OLED displey, MediaTek Dimensity 9200 prosessoru və arxa paneldə üç kamera alacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az