spot_img
24 апреля, 2024
ДомойТехнологииСмартфоныOPPO K11x smartfonu 120Hz ekranı və 108MP kamera ilə təqdim edildi

OPPO K11x smartfonu 120Hz ekranı və 108MP kamera ilə təqdim edildi

OPPO şirkəti yeni OPPO K11x ilə orta büdcəli smartfonlar çeşidini genişləndirdi. Qurğu Qualcomm çipi, yüksək yeniləmə sürətinə malik parlaq displey, 108 MP kamera və güclü batareya əldə edib.

Şirkət OPPO K11x smartfonun 2400×1080 piksel təsvir ölçülü 6,72 düymlük LCD ekran, 120 Hz yeniləmə tezliyi və 680 nit-ə qədər ekran parlaqlıq dərəcəsi ilə təchiz etdi. Yeniliyin “ürəyi” 12 GB-a qədər RAM və 256 GB-a qədər daimi yaddaşla birlikdə Snapdragon 695 çipi oldu.

Arxa kameraya 108 meqapikselMPlik əsas sensor və LED fənəri ilə tamamlanan 2 meqapiksel təsvir ölçülü köməkçi sensor daxildir. Ön kamera 16 MP-dir. Digər xüsusiyyətlər arasında, smartfon 5G, 4G, Wi-Fi, Bluetooth, GPS, həmçinin USB Type-C portu və yan tərəfdə yerləşən barmaq izi skaneri üçün dəstək aldı.

Smartfon 67 Vatt şarj dəstəyi ilə 5000 mAh batareya ilə təchiz edilmişdir. OPPO K11x-in əməliyyat sistemi isə ColorOS 3 ilə Android 13-dür. 8/128 GB versiyada cihaz 212 dollara, 8/256 GB və 12/256 GB versiyalar isə müvafiq olaraq 240 və 269 dollara başa gələcək. Yenilik yaşıl və mirvari rənglərində mövcud olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -