İT Home portalının məlumatına görə, Microsoft 2023-cü ilin payızında Windows 11 23H2-ni buraxmaq planlarını təsdiqləyib.
Bu, Windows 11 üçün ikinci böyük yeniləmə olacaq. Bununla belə, onun 22H2 versiyası qədər əhəmiyyətli olmayacağı gözlənilir. Məsələ burasındadır ki, Redmond şirkəti, proqnozlara görə, 2024-cü ilin payızında buraxılacaq Windows 12 üzərində artıq işləyir.
Testerlərin rəyinə əsaslanan Windows 11 23H2-nin gözlənilən xüsusiyyətləri arasında ən maraqlılarından biri «Birləşdirməmək» rejimidir. O, hər bir proqram pəncərəsinin tapşırıqlar panelində bir ümumi nişana yığılmasının əvəzinə ayrıca göstərilməsinə imkan verəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az