spot_img
2 мая, 2024
ДомойТелекомСобытия“ITCON” ilk dəfə Azərbaycanda

“ITCON” ilk dəfə Azərbaycanda

Dünyanın 180 ölkəsində 280000-dən çox şirkətin istifadə etdiyi, 90-dan çox IT məhsulu ilə müştərilərin rəğbətini qazanmış ManageEngine şirkətinin qlobal tədbirlərindən biri Azərbaycanda keçirildi. Bu tədbir indiyədək dünyanın ABŞ, London, İtaliya, İspaniya, Sinqapur, Canada və.s kimi ölkələrində hər il ITCON adı altında təşkil edilib.

11 aprel tarixində, Hilton otelində Rabalon şirkətinin, ManageEngine ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə “ITCON Azerbaijan 2023” adlı tədbiri baş tutub. Tədbirdə dövlət qurumları, banklar və özəl şirkətlərdən dəvət olunmuş 150 nəfərdən çox qonaq iştirak edib.

ManageEngine şirkətinin Service Desk, End Point Central, OP Manager kimi məhsulları informasiya texnologiyaları sahəsində biznes proseslərinin avtomatlaşdırılmasında və kibertəhlükəsizliyin qorunmasında şirkətlərin faydalı iş əmsalını artırır.

Qeyd edək ki, tədbirin təşkilatçısı Rabalon şirkəti, ManageEnginin Azərbaycanda rəsmi tərəfdaşıdır. ManageEngine şirkəti müştəri məmnuniyyəti və satış üzrə Gartnerdə dünya birincisidir.

Tədbirdə özəl şirkətlərlə yanaşı, Azərbaycan Respublikası Rəqəmsal İnkisaf və Nəqliyyat, İqtisadiyyat, Fövqaladə Hallar, Maliyyə, Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Mərkəzi, Mərkəzi Bank, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyasının (AKTA), KOBİA, Azərbaycan Turizm Agentliyi,TƏBİB, Azintelecom, ADY və başqa dövlət qurumlarından IT və kibertəhlükəsizlik mütəxəssisləri iştirak etdiblər.

Onu qeyd edək ki, ölkəmizdə ManageEngine şirkətinin məhsulları hazırda bir çox qurumlar tərəfindən istifadə olunur, kibertəhlükəsizlik və biznez proseslərinin avtomatlaşdırılmasında şirkətlərin məhsuldarlığın artırılmasına kömək edir.

Rabalon şirkətinin ManageEngine kimi dünya miqyasında xüsusi yeri olan şirkətlə ölkəmizdə mötəbər bir tədbirə ev sahibliyi etməsi İnformasiya texnologiyaları sahəsinə ölkə rəhbərliyinin göstərdiyi xüsusi diqqət və qayğıdan xəbər verir.

Rabalon şirkəti IT sahəsində fəaliyyət göstərən inteqrator şirkətdir. 15 illik təcrübəyə malik olan Rabalon, dünyanın bir çox vendorları ilə əməkdaşlıq edir. Hazırda Amerika ofisi də daxil olmaqla Rabalon, şirkətlərə çoxölçülü IT konsaltinq xidmətləri , peşəkar və innovativ həllər təqdim edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -