spot_img
26 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy M54 təqdim olundu: 108 MP kamera və Exynos prosessoru

Samsung Galaxy M54 təqdim olundu: 108 MP kamera və Exynos prosessoru

Samsung smartfonlar ailəsi Galaxy M54 adlı yeniliklə tamamlandı. Onun əsas xüsusiyyətləri böyük AMOLED displey, qabaqcıl kamera modulu və sürətli şarj funksiyasına malik tutumlu batareyadır.

Yenilik Super AMOLED matrisa (1080×2400 piksel, yeniləmə tezliyi 120 Hz, qoruyucu şüşə Corning Gorilla Glass 5) malik 6,7 düymlük ekranla təchiz edilib. Yeni cihazın “ürəyi” konfiqurasiyadan asılı olaraq 8 GB RAM və 128 və ya 256 GB-lıq sürücü ilə birlikdə işləyən səkkiznüvəli Exynos 1380 prosessorudur.

Smartfonun arxa kamerasının üç sensor daxildir — optik stabilizasiyaya malik 108 meqapiksellik əsas, 8 meqapiksellik ultra geniş bucaq və 2 meqapiksel ayırdetmə qabiliyyətinə malik makro modul. Selfi və video zənglər üçün 32 meqapiksellik ön kameradan istifadə olunur.

Cihazın muxtariyyətinə 25 Vt sürətli şarj texnologiyasını dəstəkləyən 6000 mAh batareya cavabdehdir. Smartfon One UI 5.1 mikroproqramı ilə Android 13 əməliyyat sistemində işləyir. Samsung Galaxy M54-ün qiyməti və satışa başlama tarixi daha sonra açıqlanacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -