ДомойТехнологииСмартфоныOPPO yeni orta səviyyəli smartfon təqdim etməyə hazırlaşır

OPPO yeni orta səviyyəli smartfon təqdim etməyə hazırlaşır

TENAA verilənlər bazasında PHF110 indeksi olan naməlum Oppo smartfon qeydə alınıb. Gələcək yenilik 1080×2400 piksel təsvir ölçülü 6,72 düymlük IPS displey, həmçinin 2,2 GHz-ə qədər səkkiznüvəli prosessorla təchiz ediləcək.

Qadcetin operativ yaddaşının həcmi 8-12 GB, diski isə 128, 256 və ya 512 GB olacaq. Digər xüsusiyyətlər arasında microSD yaddaş kartı üçün «yuva» və 4800 mAh batareya var.

Qurğunun əsas kamerasına 108 və 2 meqapiksellik təsvir sensorları daxil olacaq, ön kamera isə bir 16 meqapiksellik sensor alacaq. Smartfon Android 13 və ColorOS 13 əməliyyat sistemləri üzərində işləyəcək. Korpusun ölçüləri 165,54 x 75,98 x 8,3 mm, çəkisi 195 qram olacaq. Cihazın kommersiya adı və təqdimat tarixi barədə məlumat verilmir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,749ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -