spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi 13 və 13 Pro smartfonlarının Avropa üçün satışının tarixi və qiyməti...

Xiaomi 13 və 13 Pro smartfonlarının Avropa üçün satışının tarixi və qiyməti açıqlandı

Bilbil_kun ləqəbli insayder öz Twitter səhifəsində Xiaomi 13 seriyalı smartfonların dünya bazarı üçün nəzərdə tutlan təfərrüatlarını paylaşdı. Onların dəyərini, satışın başlama tarixini, rəng seçimlərini və yaddaş konfiqurasiyasını açıqladı.

Məlumata görə, «qlobal» Xiaomi 13 və 13 Pro smartfonları martın 8-dən satışa çıxarılacaq və satışdan qabaq cihazların «əvvəlcədən sifarişlər dövrü» başlayacaq. Smartfonun 256 GB flash yaddaşa sahib əsas versiyası qara, yaşıl və ağ rənglərdə 999 avroya (sələfindən 100 dollar baha) bazara çıxarılacaq.

Xiaomi 13 Pro, mənbəyə görə, qara və ağ rənglərdə eyni miqdar yaddaşa sahib bir versiya üçün alıcılara 1299 avroya başa gələcək. Müqayisə üçün: Xiaomi 12 Pro satışların başlanğıcında 1149 avroya satılırdı.

Xiaomi daha əvvəl qarşıdan gələn 2023 MVC sərgisində iştirakına işarə etmişdi. İnsayderlər hesab edirlər ki, beynəlxalq bazar üçün Xiaomi 13, 13 Pro və 13 Lite məhz bu tədbirdə nümayiş olunacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -