spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныQlobal bazar üçün qatlanan Honor Magic Vs-in qiyməti açıqlanıb

Qlobal bazar üçün qatlanan Honor Magic Vs-in qiyməti açıqlanıb

Yeni flaqman Magic5 xəttinin təqdimatından sonra Honor şirkəti ilk dəfə olaraq Çindən kənarda qatlanan smartfonunun satışına başladığını elan etdi. Magic Vs əldə etmək istəyənlər bunun üçün evlərini satmalıdırlar.

Honor Magic Vs bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, maqnezium ərintisi korpusu və sadələşdirilmiş menteşə sayəsində cihazın çəkisi 261 qrama endirilib. Bundan əlavə, bu forma faktoru üçün kifayət qədər tutumlu 5000 mAh batareyaya malikdir.

Smartfon xarici tərəfdən 120 Hz təzələnmə tezliyinə malik 6,45 düymlük OLED ekran və daxili hissədə 2K+ təsvir ölçülü 7,9 düymlük və 90 Hz təzələmə tezliyi olan OLED displeylə təchiz edilib. Cihazın“ürəyi” keçən ilki flaqman Snapdragon 8+ Gen 1 prosessorudur, kamerası isə üçqatdır — 54 meqapiksellik əsas və ultra geniş bucaqlı modullar, həmçinin 3x optik Zoom ilə 8 meqapiksellik telefoto.

Avropada 12 + 512 GB versiyada qatlana bilən Honor Magic Vs 1599 avroya başa gələcək. Cihazın satışda alınma tarixi daha sonra açıqlanacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -