spot_img
26 апреля, 2024
ДомойТехнологииСмартфоныOPPO Find N2 Flip-in qlobal versiyasının qiyməti açıqlandı

OPPO Find N2 Flip-in qlobal versiyasının qiyməti açıqlandı

Find N2 Flip-in Çində buraxılmasından iki ay sonra OPPO smartfonu digər ölkələrdə satışa çıxardı. Şirkət qatlanan smartfonun beynəlxalq versiyasının qiymətini açıqlayıb, həmçinin UEFA Çempionlar Liqasının təşkilatçıları ilə maraqlı tərəfdaşlıq barədə məlumat verib.

Orijinal modellə müqayisədə qadcetin xüsusiyyətləri dəyişməyib. Find N2 Flip iki AMOLED displeyli qapaqlı forma faktorunda hazırlanmışdır.

Cihaz 8 GB əməli yaddaşla təchiz edilmiş MediaTek Dimensity 9000+ prosessoruna əsaslanır. Daxili yaddaş tutumu 256 GB, 44 vatt sürətli şarj ilə batareyanın tutumu isə 4300 mAh təşkil edir. Əsas kameranın təsvir ölçüsü 50 meqapikseldir (Sony IMX890), köməkçi ultra geniş kamerası isə 8 meqapikseldir.

UEFA ilə əməkdaşlığın bir hissəsi olaraq Çempionlar Liqasının fotoqrafları oyunları Find N2 Flip-də çəkəcəklər. Ən yaxşı fotolar müsabiqənin rəsmi saytına daxil olacaq. Hələlik smartfonun qiyməti yalnız Böyük Britaniya üçün açıqlanıb. Orada smartfon martın 2-də satışa çıxarılacaq və qiyməti təxminən 1080 dollar olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -