spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныMotorola Edge 40 Pro haqqında təfərrüatlar açıqlandı

Motorola Edge 40 Pro haqqında təfərrüatlar açıqlandı

Motorola şirkəti yeni flaqman smartfonu Edge 40 Pro-nun təqdimatına hazırlaşır. İndi məlum olub ki, smartfon Qualcomm Snapdragon 8 Gen 2 çipseti, 12 GB-a qədər operativ yaddaş və FullHD+ displey alacaq. Bu model əvvəllər Çin bazarı üçün təqdim edilmiş Moto X40-ın qlobal versiyası olmalıdır.

Motorola Moto X40 Blue

Maraqlıdır ki, hətta Motorola Edge 40 Pro-dakı ekran görüntüsü də əvvəllər təqdim edilmiş Moto X40-da olanlarla eynidir. Smartfonun 2.5D şüşəsi və ekranın mərkəzində ön kamera üçün kəsik alacağını görə bilərsiniz. Bundan əlavə, model Çin versiyasından fərqli olaraq, model Google Services alacaq. Cihaz Android 13 ilə işləyəcək

Smartfonun 50 MP təsvir ölçülü və optik stabilizasiyalı əsas kamera, 50 MP-lik ultra geniş modul və 2x optik zumlu 12 MP telefoto əldə edəcəyi gözlənilir. Muxtariyyətə 4600 mAh batareya və 125 Vt sürətli şarj dəstəyi cavabdeh olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -