Samsung-un MX Business bölməsinin bloqunda şirkət menecerinin qarşıdan gələn Unpacked təqdimatı kontekstində Ultra prefiksli iki cihazdan bəhs etdiyi bir yazı ortaya çıxdı. Mənbələrin mlumatına görə, söhbət planşet və smartfondan gedir.
Nəzərə alsaq ki, şirkət artıq Galaxy S23 Ultra-nın təqdimat tarixi təsdiqləyib, ikinci yenilik Galaxy Tab S9 Ultra ola bilər. Hələlik cihaz haqqında texniki məlumat yoxdur — çox güman ki, şirkət fevralın 1-də Galaxy Unpacked təqdimatında detalları açıqlayacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az