Honor şirkəti flaqman Magic5 seriyasının və Magic Vs qatlana bilən smartfonun qlobal versiyasının təqdimat tarixi ilə rəsmi tizer yayımladı.
Məlumata görə, yeni məhsulların təqdimatı fevralın 27-də keçiriləcək MVC sərgisi çərçivəsində baş tutacaq. Tizer ayrıca Magic 5 smartfonlarının arxa kamera sensorlarının yerləşməsinə işarə edən bir fiqur göstərir. Renderdə texniki xüsusiyyətlərlə bağlı heç bir məlumat yoxdur.
Hazırda Magic5 seriyasına əsas model Magic5 Pro və Ultimate daxil olmaqla üç yeni cihazın əlavə olunacağı məlumdur. Onlar 120 Hz yeniləmə sürətinə malik displey, həmçinin su və tozdan qorunma texnologiyası ilə tanınırlar. Qatlanan Magic Vs smartfonunun təqdimatı bundan əvvəl də keçirilib, lakin bu dəfə şirkət cihazı Çindən kənarda satışa hazırlayır.