Bugatti şirkətinin yeni uşaqlar üçün nəzərdə tutulan maşını Baby II Carbon Edition adını aldı.
Baby II Carbon Edition dizaynına görə ən bahalı mini avtomobil oldu. Korpus, cihazları, güzgü qurğuları, sükan mərkəzi, radiator barmaqlıqları karbondan hazırlanıb. Üstəlik, 10 kVt gücündə mühərriklə təchiz olunub.
Maşın xarici görünüşü ilə 1924-cü ilin Type 35 modelinə bənzəyir. O, üfüqi LED bölmələri olan faralar, həmçinin tənzimlənən pedal qurğusu ilə təchiz edilib. Avtomobili əsas yollarda sürmək qanuni deyil. Salona boyu 1,9 m-ə qədər olan adam sığa bilər.
Avtomobilin qiyməti 80 000 dollardır (təxminən 139 000 manat).
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az