Bloomberg-in məlumatına görə, Apple «ağıllı ev» bazarında məhsullar siyahısını genişləndirmək niyyətindədir. Bunun üçün o, tezliklə analoqları artıq digər rəqib brendlər tərəfindən təqdim olunan iki qadceti eyni anda buraxacaq.
Apple-ın smart displeyinə hələlik ad verilməyib, lakin onun funksionallığı haqqında məlumat var: əslində bu, divara quraşdırılmaq üçün nəzərdə tutulan maqnit bağlayıcılarına malik iPad olacaq. Belə planşetin köməyi ilə istifadəçilər FaceTime vasitəsilə əlaqə saxlaya, videolara baxa, termostatı, lampaları və digər ağıllı ev cihazlarını idarə edə biləcəklər.
Bloomberg-in məlumatına görə, Apple-ın ağıllı displeyi 2024-cü ildə bazara çıxmalıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az