spot_img
1 мая, 2024
ДомойТехнологииСмартфоныQarşıdan gələn Samsung Galaxy S23 flaqmanları arasında ən ucuz modelin xüsusiyyətləri açıqlanıb

Qarşıdan gələn Samsung Galaxy S23 flaqmanları arasında ən ucuz modelin xüsusiyyətləri açıqlanıb

Galaxy S23 seriyalı smartfonların rəsmi təqdimatına cəmi bir ay qalıb. Buna görə də, şəbəkədə cihazlar haqqında getdikcə daha çox məlumatlar görünür. Bu dəfə Galaxy S23 xəttinin daha «gənc» modelinin xüsusiyyətləri açıqlandı.

İnsayderin sözlərinə görə, Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra smartfonları 1750 nit-ə qədər parlaqlığa malik Super AMOLED ekranlara sahib olacaqlar. Yəni model digər modellərlə eyni ekrana sahib olacaq.

Bundan əlavə, cihazın 3900 mAh batareya ilə təchiz ediləcəyi bildirilir. Təəssüf ki, şarj gücü hələ də 25 Vt ilə məhdudlaşacaq. Galaxy S23 + həmçinin 4700 mah daha böyük tutumlu batareya alacaq.

İnsayder həmçinin iddia edir ki, hər üç telefon Android 13 əsasında One UI 5.1 ilə işləyəcək, təkmilləşdirilmiş soyutma və 12MP selfi kameraları ilə təchiz ediləcəklər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -