Məşhur insayder Evleaks qəfildən elan olunmamış OPPO smartfonunun şəklini yayımladı. O, modelin adını dəqiqləşdirməyib, lakin bütün faktlar göstərir ki, bu, şirkətin növbəti flaqmanı — Find X6 Pro-dur.
Görüntüyə əsasən, bu, dekabrın 15-də OPPO Inno Day 2022 konfransında Find N2 Flip ilə birlikdə təqdim olunacaq qatlana bilən OPPO Find N2 deyil. Ən məntiqli seçim flaqman OPPO Find X6 Pro kimi görünür, lakin ola bilsin ki, bu tamamilə fərqli bir cihazdır.
Smartfonun əsas xüsusiyyəti arxa tərəfin əhəmiyyətli hissəsini əhatə edən nəhəng kamera blokudur. Buraya üç modul daxildir, onlardan biri periskop obyektivi ilə təchiz olunub. OPPO-nun əməkdaşlıq etdiyi Alman şirkəti Hasselblad və özəl MariSilicon siqnal prosessorunu da qeyd edə bilərik.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az