spot_img
3 мая, 2024
ДомойТехнологииГаджетыXiaomi şirkəti Watch S2 ağıllı saatı və Buds 4 simsiz qulaqlıqlarını təqdim...

Xiaomi şirkəti Watch S2 ağıllı saatı və Buds 4 simsiz qulaqlıqlarını təqdim etdi

Bu gün Xiaomi şirkəti, Xiaomi 13 və Xiaomi 13 Pro smarfonlarının təqdimat tarixini elan etdi – 1 dekabrda baş tutacaq. Lakin məlum oldu ki, həmin gün şirkət bir sıra digər yeni məhsullarını da təqdim edəcək. Onlardan bir neçəsi artıq anons olundu.

Bunlar Xiaomi Watch S2 smart saatları və Xiaomi Buds 4 simsiz qulaqlıqlarıdır. Ağıllı saatlar haqqında çox az məlumat var. Sadəcə olaraq bildirilir ki, cihazlarda bəzi özəl “qabaqcıl texnologiyalar” tətbiq olunacaq və bir çox məşq rejimləri olacaq. Saatın korpusu metaldan hazırlanacaq.

Xiaomi Watch S2 iki ölçüdə olacaq: 42 mm (qara və qızılı) və 46 mm (qara və gümüş). Başlanğıc qiyməti — 138 dollar.

Digər tərəfdən, Xiaomi Buds 4 tam simsiz qulaqlıqlar Çində təxminən 83 dollara başa gələcək. Onlar yaşıl, qara və ağ rəng seçimlərində olacaq.

Lakin dekabrın 1-də buraxılacaq cihazların siyahısı bununla bitmir. Şirkət həmçinin yeni router və smart dinamik təqdim etməlidir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -